Xalq artisti kliniki ölüm keçirdi: "2 dəfə komada olmuşam" - FOTO


Xalq artisti kliniki ölüm keçirdi: <span style="color:#ff0000">&quot;2 dəfə komada olmuşam&quot; - FOTO</span>
Kateqoriya məlum deyil23.09.25, 19:110 👁️
T

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

 

Sfera.az bildirir ki, 2 dəfə kliniki ölüm keçirməsindən danışan müğənni yaşadıqlarını belə dilə gətirib.

 

"İki dəfə komaya düşmüşəm. Hər ikisi də əməliyyat zamanı olub. O dünyaya gedib-qayıtmışam. Sonuncu dəfə baş verən çox maraqlı idi. Deyirlər ki, dünyasını dəyişən insanlar son məqamda tunel, işıq görürlər. Quyunun içərisində idim. Çox şirin nənəm vardı. Gördüm ki, Leyla nənəm yuxarıda quyunun üstündən qışqırır. Məni qovur, itil-rədd ol buradan, deyirdi. Bu, yadımda qalıb.

 

Oyandıqdan sonra həkimlər dedi ki, keçinmisən, kiliniki ölüm yaşamısan. Deyirlər bizi o dünyada qorxamayaq deyə, yaxınlarımız qarşılayır ki, keçdi rahat keçək. Yəqin nənəmə xəbər veriblər, hələ tezdir bura gəlməməlidir".

 

PAYLAŞ
Sehliyali
Yüklənir...