Azərbaycanın “Junior Eurovision 2025” təmsilçisi bəlli oldu

Kateqoriya məlum deyil
T
Bu gün Azərbaycanın “Junior Eurovision 2025” mahnı müsabiqəsindəki təmsilçisinin adı açıqlanıb.
Sfera.az xəbər verir ki, ölkəmizi builki yarışmada Yağmur Nəsrullayeva təmsil edəcək.
Avropa Yayım Birliyinin (EBU) təşkilatçılığı ilə keçiriləcək “Junior Eurovision 2025” müsabiqəsi 13 dekabrda Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq.
Xatırladaq ki, ölkəmiz daha əvvəl də bir neçə dəfə bu yarışmada iştirak edib və izləyicilər tərəfindən maraqla qarşılanıb. Bu il də gənc ifaçımızın çıxışı həm yerli, həm də beynəlxalq səviyyədə diqqət mərkəzində olacaq.
Niyaz Hacıyev
Sfera.az






