Logo

Əməkdar müəllim vəfat etdi - FOTO

Əməkdar müəllim vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub. 1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-cü ildə APU-un Riyaziyyat fakültəsində "Riyaziyyat müəllimi" ixtisası üzrə təhsil alıb.

Daha sonra Rəncbər kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Məqaləyə dair fotomateriallar:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR