Türkiyəli gənclərin əsas problemləri açıqlandı - RƏSMİ

Türkiyəli gənclərin əsas problemləri açıqlandı - RƏSMİ
Kateqoriya məlum deyil
T

Türkiyə Statistika Qurumunun açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə gənclərin məşğulluq və təhsil sahəsindəki vəziyyəti ciddi narahatlıq doğurur. 

 

Sfera.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 18–24 yaş aralığında olan hər üç gəncdən biri nə təhsil alır, nə də işləyir. 18–29 yaş qrupunda isə bu göstərici hər dörd gəncdən birinə aiddir.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, gənclərin həm təhsil sistemindən, həm də əmək bazarından kənarda qalması uzunmüddətli sosial və iqtisadi problemlərə səbəb ola bilər. Belə vəziyyət gənclərin gələcəkdə iş tapmaq imkanlarını məhdudlaşdırır, onların sosial həyata inteqrasiyasını çətinləşdirir və ölkənin ümumi inkişaf perspektivlərinə mənfi təsir göstərir.

 

Problemin həlli üçün dövlət qurumlarının və özəl sektorun birgə fəaliyyəti zəruridir. Gənclərin təhsilə cəlb olunması, peşə bacarıqlarının artırılması və yeni məşğulluq imkanlarının yaradılması istiqamətində daha geniş proqramların həyata keçirilməsi tövsiyə olunur.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR