Nilperi Şahinkaya intihar iddialarına cavab verdi: “Çox ağır oldu”

Nilperi Şahinkaya intihar iddialarına cavab verdi: "Çox ağır oldu"
Kateqoriya məlum deyil
T

Keçən həftə anasını itirən məşhur türk aktrisası Nilperi Şahinkaya sosial mediada paylaşdığı vida mesajı sonrası yayılmış intihar iddialarına münasibət bildirib.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sadri Alışık Mükafatları mərasiminə qatılan Şahinkaya burada ilk dəfə anasının ölümü və intihar iddiaları barədə danışıb.

 

Aktrisa açıqlamasında deyib ki, yaşadığı ağrı çox böyük olub və insanın bəzən acılar içində itə biləcəyini görüb:


“Tam səbəbini deyə bilmərəm, o anda elə yazdım. Ağrı çox ağır oldu, amma dərman içmək, intihar etmək kimi şeylər söz mövzusu deyil. Həyatdan uzaqlaşmamağa çalışıram, öyrəşməyə, toparlanmağa çalışıram”.


Şahinkaya, sosial mediada etdiyi paylaşımda da: “Canlarım, mən anamsız edə bilmirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Məni bağışlayın”, — deyərək duyğularını ifadə etmişdi.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR