Anasını itirən aktrisadan intihar paylaşımı: “Məni bağışlayın”

Anasını itirən aktrisadan intihar paylaşımı: "Məni bağışlayın"
Kateqoriya məlum deyil
T

Türkiyəli məşhur aktrisa Nilpəri Şahinkayadan xəbər alınmadığı iddia olunur. Bir müddət əvvəl anasını itirən sənətçi ilə bağlı yayılan məlumatlar pərəstişkarlarını narahat edib. Xatırladaq ki, aktrisanın anası Məltəm Vural uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparırdı. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Şahinkaya acı xəbəri sosial şəbəkə vasitəsilə izləyiciləri ilə bölüşmüşdü:

 

“Canım anamla verdiyimiz xərçəng mübarizəsini bu gün uduzduq. Mənim şən, içi içinə sığmayan balaca kəpənəyim. Sənsiz necə edəcəyəm, həyat necə mənaya gələcək, bilmirəm. Sən mənim hər şeyimsən. Çox şükür ki, sənin qızın olaraq gəldim dünyaya. Həyatda ən şanslı olduğum mövzu həmişə sən oldun. Səni canımdan çox sevirəm, ana”.


Daha sonra aktrisa qısa müddət ərzində hekayə paylaşaraq yazıb:

 

“Canlarım, mən anamsız edə bilmirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Məni bağışlayın”.


Bu paylaşım izləyicilərdə narahatlıq yaradıb. Bir çox sosial şəbəkə istifadəçisi “Nilperi Şahinkaya intihar etdi?” sualını verib. Hazırda aktrisadan xəbər alınmadığı bildirilir və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR