Britni Spirs oğlanla görüşündən narazı qalıb və bu görüntüləri paylaşıb

Britni Spirs oğlanla görüşündən narazı qalıb və bu görüntüləri paylaşıb
Kateqoriya məlum deyil
T

43 yaşlı amerikalı müğənni Britni Spirs öz abunəçilərinə uğursuz bir görüşdən danışıb. Sənətçi suşi-kafedə “dəhşətli”adlandırdığı oğlanla görüşməyə gedib və narazı qalıb.

 

Sfera.az bildirir ki, Britni kafedəki görüşün bütün təfərrüatlarını açıqlamasa da, həmin axşam yoldaşının “dəhşətli” olduğunu, ona görə də özü tualetdə tək əylənməyə qərar verdiyini vurğulayıb. Spirs bu barədə “İnstaqram”da video paylaşaraq danışıb. 

 

"Suşi kafedə görüşdəyəm, amma tualetdə subaylıq partisi daha yaxşıdır. Oğlan tamamilə dəhşətli idi"- deyə o qeyd edib.

 

Uğursuz görüşdən sonra əhvalını yaxşılaşdırmaq üçün Britni kafenin tualetində bir az rəqs edib. İçəridə yüksək səslə musiqi səsləndiyi üçün müğənni özü üçün solo diskoteka təşkil edib. O, inamlı hərəkətlərini kameraya çəkib, hətta bəzən paltarını qaldırıb, ayaqlarını daha çox göstərib.

 

Ulduz görüşə ekstravaqant obrazda gəlib: ağ krujevalı qara mini paltar və bəbir çaplı çəkmələr. O, aksesuar olaraq saat seçib və saçlarını bir neçə tellə arxaya toplayıb.

 

Spirs yeni videosuna şərh yazmaq hissəsini bağlayıb.

 

Aynil
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR