Dünya şöhrətli müğənni və aktrisa Selena Qomez ilə sevgilisi, musiqi prodüseri Benni Blankonun toyu Montesitodakı iqamətgahda baş tutacaq.
Sfera.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Məlumata görə, cütlük sentyabrın sonunda toy edəcək.
Onlar Cənubi Kaliforniyadakı iki məşhur və bahalı toy məkanından ("Rosewood Miramar Beach" və "San Ysidro Ranch"dan) imtina edib.
Selena ilə Benni Montesitoda şəxsi mülk icarəyə götürüb. Cütlüyün təhlükəsizliyi təmin etmək üçün bu variantı seçdiyi ehtimal edilir.
Qeyd olunur ki, toyun baş tutacağı məkanın dəqiq yeri gizli saxlanılır - hətta qonaqlara belə hələ də dəqiq ünvan bildirilməyib.