“Bunu edən kişilərə yarımçıq adam kimi baxıram”


“Bunu edən kişilərə yarımçıq adam kimi baxıram”
Kateqoriya məlum deyil04.09.25, 07:470 👁️
T

Meyxanaçı İntiqam Rüstəmov plastik əməliyyatlarla bağlı mövqeyini bölüşüb.

 

Sfera.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində heç vaxt belə əməliyyat etdirməyi düşünmədiyini vurğulayıb:

 

"Məni Allah yaradıb, onun işinə qarışmış olaram. Allahın rəsm əsərini mən poza bilmərəm. Bunu köhnə kişilər belə fikirləşir, biz də onlar kimi düşünürük".

 

İntiqam Rüstəmov gözəl görünmək məqsədilə əməliyyata üz tutan kişilərə münasibətini bildirib:

 

"Ola bilər ki, burun çəpəri sınar, dodaq partlayar, üzə çapıq düşər və əməliyyat etməyə məcbur olarsan. Yoxsa ki özünü gözəl göstərmək üçün bəzi kişilər üzünü dartdırır, botoks etdirir, dodaqlarını doldururlar. Olmaz, bu kişi üçün deyil axı. Biz azərbaycanlıyıq. Heç kimin xətrinə dəyməsin, mən elə kişilərə yarımçıq adam kimi baxıram. Elələri ilə əllə görüşə bilərəm, öpüşüb-görüşmürəm".(Yenisabah.az)

PAYLAŞ
Sehliyali
Yüklənir...