Erbil tanınmış müğənniyə əsəbiləşdi: "Ömrü boyu tək qalacaq" - FOTO

Erbil tanınmış müğənniyə əsəbiləşdi: "Ömrü boyu tək qalacaq" - FOTO
Kateqoriya məlum deyil
T

Məşhur şoumen Mehmet Ali Erbil sevgilisi Gülseren Ceylan ilə ailə həyatı qurub. Cütlüyün qəfil evlilik qərarı həm media, həm də izləyicilər arasında böyük maraq doğurub. Dünən axşam baş tutan mərasimdə sürpriz bir hadisə yaşanıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Erbilin nikah şahidi kimi yazdırdığı yaxın dostu, məşhur müğənni Sərdar Ortaç toyda iştirak etməyib. Bu hal isə şoumenin ciddi etirazına səbəb olub.


Mehmet Ali Erbil açıqlamasında dostunun davranışından kədərləndiyini bildirib:

 

“Yatıb qalıb, nikaha yetişə bilməyib. Mənəviyyatı yoxdur. Ömrü boyu tək qalacaq” – deyə o, Sərdar Ortaçı sərt tənqid edib.


Erbilin sözləri toy sonrası ən çox müzakirə olunan məqamlar sırasında yer alıb. Hadisə media gündəminin diqqət mərkəzinə çevrilib.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR