Logo

Namiq Qaraçuxurlu SAXLANILDI

Namiq Qaraçuxurlu SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.

Sfera.az xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.

İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib. Səfirlik hazırda onun buraxılması üçün danışıqlar aparır.

***

İlkin Şükürov məsələni saytımıza təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR