Ailə qalmaqalı böyüyür: Özcan Dənizin evinə silahlı basqın olub

Türkiyəli məşhur müğənni Özcan Dəniz ailədaxili qalmaqal səbəbindən yenidən gündəmə gəlib. İddialara görə, onun qardaşı Ercan Dəniz, silahla villasına gələrək qalmaqal yaradıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata əsasən, bir müddət birlikdə çalışan qardaşların münasibəti pozulub və tərəflər arasında ciddi gərginlik yaşanıb. Ercan Dənizin Zekeriyaköydə yerləşən 3 villaya silahı ilə gedərək, “Məndən aldıqlarınızı qaytarmasanız, həm özümü, həm də sizi öldürəcəyəm” sözlərini dediyi bildirilir. Hadisə yerinə polislərin müdaxilə etdiyi açıqlanıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda Özcan Dənizin anası Kadriyə Dəniz və qardaşı Ercan Dəniz ilə küsülü olduğu, ailədaxili mübahisələri həll etmək üçün isə Zekeriyaköydəki 2 villanı qardaşına verdiyi yazılmışdı.
Son iddialara görə isə baş verən silahlı insidentdən sonra müğənni, qardaşı ilə masaya oturaraq razılığa gəlməyə qərar verib və villaları ona təhvil verib.
Bəsti Rəfizadə
Sfera.az






