Taylor Svift evlilik təklifi aldı - FOTOLAR

Taylor Svift evlilik təklifi aldı - FOTOLAR
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur müğənni Taylor Svift bir müddətdir birlikdə olduğu “Kansas City Chiefs”in ulduz oyunçusu Travis Kelcedən evlilik təklifi alıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ildən birlikdə olan cütlük, münasibətlərini bir addım irəli apardıqlarını sosial şəbəkələrdəki birgə paylaşım ilə elan edib.

 

Travis Kelce çiçəklərlə bəzədilmiş böyük bir bağda diz çökərək evlilik təklifini edib və üzüyü özü dizayn edib.


Paylaşımda Taylor Sviftə evlilik təklifi edilən anlar yer alıb və altına “İngilis dili müəlliminiz və bədən tərbiyəsi müəlliminiz evlənir” qeydi yazılıb. Müğənninin barmağındakı iri daşlı üzük sosial mediada geniş müzakirə olunub.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR