Özcan Deniz Bakıda konsert verəcək - FOTO

Kateqoriya məlum deyil
T
Məşhur türk müğənnisi, bəstəkarı və aktyoru Özcan Deniz yenidən Bakıya gəlir.
Sfera.az xəbər verir ki, minlərlə azərbaycanlı pərəstişkarının səbirsizliklə gözlədiyi bu xüsusi tədbir məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşəbbüsü ilə həyata keçiriləcək. Möhtəşəm kosert proqramı oktyabrın 31-i Bakı Konqres Mərkəzində gerçəkləşəcək.
Bu gecə musiqi və duyğunun harmoniyası ilə seçiləcək. Özcan Denizin sevilən hitləri, romantik mahnıları və xüsusi səhnə performansı izləyicilərə unudulmaz anlar yaşadacaq.
Qeyd edək ki, biletləri iticket.az saytından əldə etmək mümkündür.
Bəsti Rəfizadə
Sfera.az






