Aynişan günahı onun boynuna yıxdı - "Rahat ola bilərsiniz"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın bloqer kimi tanınan qızı Aynişan Quliyeva işlətdiyi kosmetik vasitələrini satışa çıxardığı üçün tənqid olunub.
Sfera.az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında paylaşım edərək həmin vasitələri köməkçisinin satışa çıxardığını bildirib.
"Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz məqamlar var. Ümumiyyətlə, bu vəziyyətə şərh vermək istəmirdim, amma gördüm ki, məsələ böyüyüb, ona görə yazmaq qərarına gəldim. Əlbəttə ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi. Mən də onu vaxtında fərq etmədim. Fərq etdiyim anda isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmayıb. Rahat ola bilərsiniz”,-paylaşımda qeyd olunub.
Firuzə Əliyeva
Sfera.az







