Çağla Şıkəl pərəstişkarlarını qəzəbləndirdi - FOTO

Türkiyəli aparıcı və model Çağla Şıkəl, zorakılıq ittihamı ilə 2 il 3 ay həbs cəzası alan aktyor Ozan Güvənlə birlikdə teatr səhnəsində baş rolda çıxış edəcəyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Güvən, keçmiş sevgilisi Dəniz Bulutsuza fiziki zorakılıq göstərdiyi üçün məhkəmə tərəfindən cəzalandırılmışdı.
Hadisə zamanı Şıkəl də açıqlama verərək, Bulutsuza dəstək olmuşdu:
“Şəxslərin kimliyi məni maraqlandırmır. Sabah qardaşım belə olsa fərq etməz. Qadına, uşağa, təbiətə və heyvana qarşı hər cür şiddətə sonuna qədər “yox” deyirik və ədalət istəyirik".
Lakin sənətçinin “7 Kocalı Hürmüz” adlı tamaşada Ozan Güvənlə baş rolda oynayacağını elan etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şıkəlin “Nəfis bir həyəcan yaşayıram, məşqlər gələn həftə başlayır” sözləri izləyiciləri tərəfindən tənqid olunub və pərəstişkarlarının narazılığına yol açıb.
Bəsti Rəfizadə
Sfera.az







