Cennifer Lopez yeni imiclə pərəstişkarlarını sevindirib

Cennifer Lopez yeni imiclə pərəstişkarlarını sevindirib
Kateqoriya məlum deyil
T

Müğənni və aktrisa Cennifer Lopez yeni görünüşü ilə pərəstişkarlarını sevindirib.

 

Sfera.az "Daily Mail"ə istinadən xəbər verir ki, avqustun 20-də Cennifer Lopezin kino ulduzu İnqrid Luna rolunu canlandırdığı “Hörümçək öpüşü” filminin ilk treyleri yayımlanıb. Filmdə aktrisa sarı saç, qara göz layneri və qırmızı dodaqları ilə birgə parlaq makiyajla görünüb. Ehtimal ki, sənətçi bu rol üçün parikdən istifadə edib. İnternet istifadəçiləri müğənniyə sarı rəngin yaraşdığını qeyd edərək onu Madonna, Jan Harlou və Qven Stefani ilə müqayisə ediblər.

 

Qeyd edək ki, dünya şöhrətli ulduzun 56 yaşı var.

 

Əsmər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR