“Pulu Rəqsanəyə və həyat yoldaşına şəxsən özüm vermişəm” - ZƏRƏRÇƏKƏN DANIŞDI – VİDEO

&ldquo;Pulu Rəqsanəyə və həyat yoldaşına şəxsən özüm vermişəm&rdquo; - <span style="color:#ff0000">ZƏRƏRÇƏKƏN DANIŞDI &ndash; VİDEO</span>
Kateqoriya məlum deyil20.08.25, 13:3527 👁️
T

Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılovanın dələduzluq faktına görə həbs edilməsi barədə xəbər vermişdik. Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov video müraciət yayıb.

 

Sfera.az xəbər verir ki, “Lent.az”a daxil olan video müraciətdə şikayətçi Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu necə aldatdığından danışıb:
 

"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Onlar bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamların vasitəsi ilə həll edəcəklər.


Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm onlara təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var".
 

Ətraflı videoda:




Bizim.Media

PAYLAŞ
Sehliyali
Yüklənir...