İbrahim Tatlısesin qızı məhkəməyə verildi - Atasına pult atıb

Kateqoriya məlum deyil
T
Dilan Çıtak atası İbrahim Tatlısesə televiziya pultu atdığı üçün “silahla yaralamağa cəhd” ittihamı ilə məhkəməyə verilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə səhər yeməyi zamanı ata-qız arasında başlayan mübahisə anında baş verib.
Mübahisə qısa zamanda kəskinləşib, Dilan Çıtak ağır sözlər deyərək pultu atasına atıb.
Pult Tatlısesə dəyməsə də, ev işçiləri hadisəyə şahid olub. İbrahim Tatlıses əvvəlcə şikayət etsə də, sonradan geri çəkib.
Lakin prokurorluq hadisəni “ictimai təqib” hesab edərək, pultun TCK-ya görə silah sayıldığını bildirib və işi bağlamayıb.
Dilan Çıtak ifadəsində ittihamları qəbul edib, iddianamə isə məhkəməyə göndərilib.
Bəsti Rəfizadə
Sfera.az






