Logo

Səhnədə qeyri-adi an: Çəyirtkə Cennifer Lopezin boynun hədəfə aldı – VİDEO

Səhnədə qeyri-adi an: Çəyirtkə Cennifer Lopezin boynun hədəfə aldı – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanda konserti zamanı Cennifer Lopez xoşagəlməz hadisənin qurbanı olub. Belə ki, müğənni konsert zamanı gözlənilməz “qonaq”la qarşılaşıb.

Sfera.az bildirir ki, şou zamanı çəyirtkə onun boynuna doğru sürünüblər. Müğənni tamamilə sakit qalaraq şounu qüsursuz davam etdirib.

Dərisində nəyinsə süründüyünü hiss edən ulduz sadəcə olaraq həşəratı çıxarıb kənara atıb. Bu barədə “İnstaqram”da yayılan videoda görmək mümkündür.

Cennifer Lopez zarafatla həşəratın onu “qıdıqladığını” bildirib. O, mahnının ifasında fasilə verməyib.

Cennifer Lopezlə bağlı digər hadisə

İyulun 27-də Cennifer Lopezin Polşanın paytaxtında çıxışı zamanı müğənninin qızılı saçaqlı ətəyi gözlənilmədən açılaraq səhnəyə düşüb. Tamaşaçılar ulduzu dəstəkləmək üçün yüksək səslə fit çalmağa başlayıblar.

Xoşagəlməz hadisə sənətçinin komandasının ulduzun ad günü şərəfinə onun üçün ənənəvi "Ad günün mübarək" mahnısını oxuduğu anda baş verib. Təcrübəli sənətçi gözlənilməz vəziyyətə baxmayaraq, vəziyyətdən çıxmağa çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR