Sevgilisinə 5 milyonluq üzük aldı

Kateqoriya məlum deyil
T
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo sevgilisi Georgina Rodriguez üçün 5 milyon dollar dəyərində nişan üzüyü alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, üç daşla bəzədilmiş nişan üzüyünün fotosunu paylaşıb.
Zərgər Ajay Anandın sözlərinə görə, üzükdəki brilyantların ümumi çəkisi təxminən 30 karatdır. Zinət əşyalarının ümumi dəyəri 5 milyon dollar civarındadır. Digər zərgər Laura Taylor isə mərkəzi daşın çəkisinin 15-20 karat arasında olduğunu və üzüyün qiymətinin 2 milyon dollardan çox olduğunu bildirib.
Qeyd edək ki, 2016-cı ildən birlikdə olan cütlük avqustun 11-də Georgina “Instagram” səhifəsində Ronaldonun evlilik təklifi etdiyini açıqlayıb.
Fidan Hacızadə
Sfera.az








