Maskın proqramı məşhur müğənnini hədəfə aldı

Maskın proqramı məşhur müğənnini hədəfə aldı
Kateqoriya məlum deyil
T

Milyarder İlon Maskın yeni süni intellekt video istehsal aləti “Grok Imagine”in qadınları cinsi məzmunda təsvir edəcək formada qəsdən proqramlaşdırıldığı iddia olunur.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, platformanın “Spicy” adlı funksiyası aylıq 22 funt sterlinq qarşılığında cinsi məzmunlu videolar hazırlanmasına imkan yaradır.

 

“Grok Imagin”in ilk “qurbanlarından” biri isə məşhur müğənni Teylor Svift olub. İddialara görə, süni intellekt açıq şəkildə belə bir tapşırıq verilmədən Sviftin çılpaq təsvirlərini yaradıb.

 

Hazırlanan görüntülər arasında müğənninin paltarlarını cıraraq alt paltarı ilə rəqs etdiyi kadrlar da yer alıb. Teylor Sviftdən isə hələlik mövzu ilə bağlı açıqlama verilməyib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR