Bu məşhurun dostu yoxa çıxdı - VİDEO YAYDI

Bu məşhurun dostu yoxa çıxdı - <span style="color:#ff0000">VİDEO YAYDI</span>
Kateqoriya məlum deyil09.08.25, 10:2749 👁️
T

Məşhur aktyor Kıvanç Tatlıtuğun yaxın dostu yoxa çıxıb.

 

Sfera.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib. 

 

Artıq 5 gündür Mərmərə adası sahillərində itkin düşən 43 yaşlı iş adamı Halit Yukayın üçün axtarış-xilasetmə işlərinə qatılan Kıvanç, xilasedicilərlə birlikdə suya enib və pilotsuz təyyarə ilə havadan axtarışlara qoşulub.

 

Yukayın qəzaya uğramış yaxtasını vurduğu iddia edilən gəminin radar məlumatları da ortaya çıxıb. Avqustun 4-də baş verən qəza ilə bağlı dünya səviyyəsində gəmilərin və yaxtaların real vaxtda yerini göstərən “Marine Traffic” görüntüləri, Çanaqqaladan yola çıxan “Arel 7”nin Mərmərə adası sahillərində üzərkən tərsinə çevrildiyini aşkarlayıb. 

 

Məlumata görə, hadisə baş verən gün aktyor dostu ilə telefonda danışıb. Yukay ailəsini Bozcaadadan götürərək Yunanıstanda istirahət edən Tatlıtuğ ailəsinin yanına getməyi planlaşdırırmış. 

 

 

PAYLAŞ
Sehliyali
Yüklənir...