Rusiyada konsert verməkdən imtina etdi

Rusiyada konsert verməkdən imtina etdi
Kateqoriya məlum deyil
T

Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Mash" teleqram kanalı məlumat yayıb.

 

Xəbərdə müğənninin avqustda Moskvada konsert verməyi planlaşdırdığı, lakin 3 ay əvvəl razılaşsa da, bu günlərdə fikrindən daşındığı qeyd edilib.

 

Dünyaşöhrətli müğənninin Moskvadakı konserti ilə bağlı ilkin müqavilə imzalandığı, hətta 1 milyon dollar qonorar təyin edildiyi də bildirilir.

 

Onun bu qərarı verməsinə səbəb kimi ölkədə hərbi əməliyyatların davam etməsi və bunun Lopezin imicinə xələl gətirəcəyi göstərilib.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR