Xalq artistinin qızı buna görə Rüfətlə, Nicatı danışdırmır

Maqazin
17:12 / 28.07.2025
3563
Müğənni Ülkər Yaşarqızı maraqlı açıqlamalar verib.
Sfera.az xəbər verir ki, Xalq artisti Yaşar Nurinin qızı məşhur müğənni və aktyor barədə ona ünvanlanan sualları cavablayıb.
Sənətçi ilk dəfə qohumlarından inciməsinin səbəbini bildirib:
"Mənə deyirlər ki, bibinin oğlu niyə dəstək olmur? Səni niyə qabağa çəkmirlər kimi suallar verirlər. Atamın adı mənə dəstəkdir. Heç kimdən yardım görməmişəm. Nə etmişəmsə, öz gücümə olub. Maddi və mənəvi dəstəyim olmayıb.
Bibilərimi, onların övladarını sevirəm atamın yadigarlarıdır. Başlarından bir tük əksik olsa, pis olaram. Onlar canlarımdırlar. Təkcə incikliyim gəliş-gedişimizin olmamasıdır. Rüfətin dəstək olmasını ummamışam. Bibilərimlə isə əlaqəm var, danışıram". (Milli.az)