Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.

 

Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ifaçı Zəhra arasında mübahisə yaranıb.

 

Belə ki, daha əvvəl dırnaq ustası olan ifaçı 3 aya 70 min qazandığını bildirib. Onun bu açıqlaması müzakirə yaradıb və B. Hüseynova bunları söyləyib:

 

"70 mini necə qazandınız? Mənə maraqlı gəldi. Bunlar 3 ay içində oldu? Nəyə dayanaraq sizə bu qədər pul verdilər?

 

Anlaya bilmirəm. Sən oxudun, səsində möhtəşəm bir şey görmədim. Musiqiçi kimi deyirəm. fikri nədirsə, zikri də odur. Özünüzü gülməli vəziyyətə qoymayın, 60 minə də inanmadım. Ağıl var, məntiq var, sən tanınmırsan, gəlib 70 min verirlər. Hazırda efirə baxan bütün sənətkarlar belə düşünür".

 

Zəhra isə B. Hüseynovaya bunları söyləyib:

 

"Ola bilsin ki, sizə həmin məbləği vermirlər, amma mənə dostlarım bu jesti edir. Hazırda siz trenddə yoxsunuz. Mənim olduğum məclisləri görsəniz, şoka düşərsiniz". (Bizimmedia)

 


OXŞAR XƏBƏRLƏR