"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət

Maqazin
17:55 / 16.07.2025
2489
"Qızım iki ildir ki, atası ilə görüşməyə başlayıb".
Sfera.az xəbər verir ki, bunu teleaparıcı Lətafət Ələkbərova deyib.
"Qonaqcanlı" verilişində qızı haqda açıqlama verən aparıcı övladının illər sonra atası ilə görüşdüyünü bildirib:
"Ümumiyyətlə qızım atası ilə uzun illər görüşməyib. 10 il olardı ki, bir-birilərini görmürdülər. Sonra qızımın 16 yaşı olanda atası özü yazdı, təbrik etdi. İlk addım ondan gəldi. Mən də görüşməklərinə etiraz eləmədim. Artıq iki ildir ki, mütəmadi olaraq görüşürlər".
Xatırladaq ki, Lətafət Ələkbərova Nicat Cəfərov adlı müğənni ilə ailəli olub.