Dilan Polat və həyat yoldaşı ilə bağlı məhkəmə qərarı

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və 28 müttəhim barəsində aralıq hökm elan edilib.
Sfera.az xəbər verir ki, Anadolu 2-ci Asliye Cəza Məhkəməsi cütlüyün şirkətləri üzərindəki qəyyumluq sonlandırılıb. Belə ki, şirkətlər nəzarət altında olmaq şərti ilə Dilanla Engin tərəfindən idarə olunacaq.
Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin əmlaklarına dair həbs qətimkan tədbirinin qüvvədə saxlanması, təqsirləndirilən şəxslərin birinci və ikinci dərəcəli qohumlarının əmlaklarına qarşı tətbiq edilmiş tədbirlərin ləğvi barədə qərar çıxarıb. Məhkəmə noyabrın 12-nə qədər təxirə salınıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen və həyat yoldaşı, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.
Cütlüyün 2 övladı var.