Tatlısəs 100 mənzildən ibarət bina tikdirir


Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.

 

Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlayacaq.  Bina onun Şanlıurfadakı torpağında yerləşəcək. 

 

O, bildirib ki, oradan hər qızına 5 ev hədiyyə edəcək.

 

Qeyd edək ki, Tatlısəsin İstanbul Seyrantəpədə 1,5 sot ərazidə tikilmiş kabab restoranı, Seyrantəpədə kompleks daxilində üç mənzili, Sarıyerdə lüks kompleksdə villası, televiziya binası, Tatlıses Şirkətlər Qrupunun binası, geyim sexi və mağazası olduğu bilinir.


OXŞAR XƏBƏRLƏR