"Sənsiz canlı bir ölüyəm mən, ata!" - Xoşqədəm

"Bu gün hər zaman olduğu kimi səhər erkən oyandım. Hər həftə sonu olduğu kimi sevdiyin insanları cağırmağı düşündüm. Bazara getdim, sevdiyin şeyləri alıb evə döndüm. Aşıq Ədalət Dəlidağlını yığmaq ücün telefonu alıb sizin yatdığınız otağa girdim və o an sanki yuxudan oyandım... Siz artıq yoxsunuz".
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında yazıb.
"Yataq boşdur… O qədər kədərliyəm, o qədər üzgünəm, anlatmaq belə cətindir. Atacan! Çıxart məni bu kədərdən, cıxart məni bu boşluqdan. Mən sənli günləri istəyirəm, həftə sonları gözəl yeməklər bişirim sizə, sevdiyin insanları cağırım, danışaq, gülək, rəqs edək… Böyük bir boşluqdayam sənsiz… Səsin, gülüşün, duaların üçün çox darıxıram… Sənsiz canlı bir ölüyəm mən, yaraşıqlı papam. Səni qucaqlayıb bağrıma basıb, öpmək istəyirəm.
Məni qınamayın, mənə onsuz çətindir, sakitləşdirici dərmanlar belə yordu məni. O böyük insanın itkisini yaşamaq çox ağırdir. Bu dərdi unutmaq üçün hər vasitəyə əl atıram, bir iki dost daim yanımda dəstək verir, amma evə gələndə, o otağa daxil olanda, hər şey yenidən başlayır… Bu sevgi, bağlılıq təkcə övladla atanın bağlılığı deyil, mən ən yaxın dostumu, ürək sirdaşımı , yol göstərənimi itirmişəm və bu itkiylə barışmaq cox cətindir.
Həyat davam edir, gülürəm, danışıram, işə gedirəm və s... Bu sadəcə görünəndir. Axşamlar göz yaşlarım sel olur, xatirələr, söhbətlər kino lenti kimi göz önündən kecir və o yoxdur!".