20 milyonluq toydan FOTOLAR

Ötən gün amerikalı milyarder Ceff Bezos və sevgilisi Lauren Sançezin toyu olub.
Sfera.az xəbər verir ki, L.Sançes sosial şəbəkə hesabında Venesiyada keçirilən toydan fotolar paylaşıb.
Qeyd edək ki, 20 milyon dollara baha başa gələcək toyun 3 gün, 3 gecə davam edəcəyi deyilirdi. Toyda bir sıra məşhur simaların, o cümlədən ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşnerin, İordaniya kraliçası Rania əl-Abdullahın, teleaparıcı Opra Uinfrinin, aktyor Orlando Blumun da iştirak edəcəyi bildirilir.
Milyarderin toya görə Venesiyanın mərkəzindəki ən böyük və əzəmətli binalardan biri olan “Scuola Grande della Misericordia”nı bağlatdırdığı və demək olar ki, bütün hotelləri rezerv etdiyi deyilir. Toyda Elton Con və Ledi Qaqanın çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Ceff Bezos 226,7 milyard dollar sərvəti ilə dünyanın 4-cü ən zəngin adamıdır.
Toydan fotoları təqdim edirik: