Arzuxanımın qanında narkotik aşkarlanıb - Polisdən açıqlama

Arzuxanımın qanında narkotik aşkarlanıb - Polisdən açıqlama

Müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş.

 

Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan "Bizimləsən" verilişində danışıb.

 

Müğənni efirdə əsassız yerə həbs edildiyini iddia edib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a açıqlamasında Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib.

 

O, həmçinin müğəninin efirdə səsləndirdiyi iddiaları da əsassız adlandırıb:

 

"Polis kimisə əsassız saxlayıb fikrini səsləndirərkən diqqətli olmaq lazımdır. Çünki hər bir şəxs barəsində prosessual icraat uçota götürülür. Orada haqqında danışılan xanım narkotiklərin istifadəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub və onun qanında psixotrop maddə olan metamfetamin aşkar edilib.

 

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Arzuxanım Həsənova barəsində 15 sutkalıq inzibati tənbeh tədbiri onun ictiami mövqeyi və ailə vəziyyəti nəzərə alınmaqla 5 gün müddəti ilə əvəzlənib".

 

Elşad Hacıyev xüsusi qeyd edib ki, tanınmış şəxslər hansısa mövzudan danışarkən diqqətli olmalıdırlar: "Polis əməkdaşları heç kimin sifarişini icra etmir. Müvafiq materiallar qanunvericiliklə toplanmış sənədlərdə, məhkəmə arxivlərində var və sənədlərdə təhqiqatı aparan şəxsin də imzası mövcuddur".(lent.az)

 


OXŞAR XƏBƏRLƏR

Sayt rəhbərlərinə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Turantv.az" saytının rəhbəri Ramin Sadıqlı və "bölgeinfo&quo...

Azərbaycan Avropa çempionatına 39 güləşçi ilə QATILIR

İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı keçiriləcək. Sfera.az xəbər verir ki, Azərbaycan 2017-ci ildən keçirilən bu yar...

3 marşrutrun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir...

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbədəkənar sessiya çərçivəsində növbəti plenar iclası 24 iyunda keçiriləcək.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictima...

Bu ölkə vətəndaşlarını İrandan təxliyə etdi

İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt və Oman öz vətəndaşlarını təxliyə edib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ...

İlham Əliyevin konfrans iştirakçılarına müraciəti BMT sənədi kimi yayıldı

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və istiqmaların dağıdılması” mövzusunda be...