“Uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir...”

“Uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir...”

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca etirafı ilə diqqət çəkib.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “Kim milyoner olmak ister”də aparıcılıq edən Kaynarca rəqəmsal platformada yayımlanan proqramda qonaq olub.

 

Ailə qurmayan və uşaq sahibi olmayan 60 yaşlı aktyor böyük peşmanlığından danışıb:
 

“Məncə, evlənmək, uşaq sahibi olmaq əsgərlik kimi bir şeydir, bu, qabaqcadan görülməli bir işdir. Övladlarım olsaydı, deyərdim ki, 20 yaşında evlənsinlər, övlad sahibi olsunlar. Təbii ki, indi ata olmaq baxımından bir az geridəyik. Hələ də övlad sahibi olmaq istəyirəm. Bugünkü ağlım olsaydı, çox uşağım olardı. Yəqin ki, 5-6 övladım olardı”.
 

Qeyd edək ki, Kaynarca 2012-ci ildə Melek Angun ilə ailə qurub. Xoşbəxtlikləri qısa sürən cütlük 2013-cü ildə boşanıb. (qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbədəkənar sessiya çərçivəsində növbəti plenar iclası 24 iyunda keçiriləcək.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictima...

Bu ölkə vətəndaşlarını İrandan təxliyə etdi

İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt və Oman öz vətəndaşlarını təxliyə edib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ...

İlham Əliyevin konfrans iştirakçılarına müraciəti BMT sənədi kimi yayıldı

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və istiqmaların dağıdılması” mövzusunda be...

56 yaşlı kişi bağda gilas yığarkən vəfat etdi

Xaçmazda meyvə bağında kişi meyidi tapılıb.   Sfera.az Bizim.Media-ya istiadən xəbər verir ki, rayonun Müzəffəroba kəndində 59 yaşlı Qurbanalı E...

İranlı nüvə mütəxəssisi həyat yoldaşı ilə birgə öldürüldü

İranlı nüvə mütəxəssisi İsar Təbatəbai Tehranda yerləşən evində həyat yoldaşı Mənsurə Hacı Salimlə birlikdə hücuma məruz qalaraq qətlə yetirilib.  ...

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - FOTO

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.   Bu barədə Sf...