Safurə həyat yoldaşı ilə qızının məzun günündə

Maqazin
18:00 / 20.06.2025
6020
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotolarını izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, müğənni övladlarının növbəti məktəb mövsümünü başa vurduğunu bildirib. O, qızı Aişənin birinci sinfi bitirdiyini vurğulayıb.
Fotoda Safurənin həyat yoldaşı Fərhad Əliyev, övladları İsgəndər, Natiq və Aişə yer alıb.
Safurə paylaşımına "Qürurlu valideyn anı - ulduzlarımız parlayır. Növbəti sinif, gəldik" sözlərini yazıb.
Qeyd edək ki, S.Əliyeva sabiq energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlük Türkiyədə yaşayır.