Dördüncü dəfə ana olacaq

Türkiyədə çəkildiyi seriallarla məşhurlaşan alman aktrisa Vilma Elles dördüncü dəfə ana olmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Bəli, bu doğrudur. Mən yenidən hamiləyəm və dördüncü övladımızı gözləyirik. Ailəmiz böyüyür. Melodi, Milat və Tiaraya bacı və ya qardaş gələcək. Bu xəbəri sizinlə paylaşmaq istədim. Qəlbimiz sevgi ilə doludur... Mən həm ekranda, həm də həyatımda ən gözəl rolu - analığı yaşayıram”, - deyə, aktrisa instaqram hesabında yazıb.
Qeyd edək ki, V. Elles 2014-2019-cu illərdə iş adamı Arif Kerem Göğüşlə ailəli olub. Bu evlilikdən dünyaya gələn əkizlər Milat və Melodinin qəyyumluğu anaya verilib. Aktrisa 2022-ci ildə vəkil Mehmet Şah Çeliklə nikaha girib. Bu evlilikdən də bir övladı var.
O, 2010-2013-cü illərdə “Kanal D”də yayımlanan “Öyle bir geçer zaman ki” serialındakı Caroline obrazı ilə şöhrət qazanıb.
Onu da bildirək ki, Vilma ötən il Türkiyə vətəndaşı olduğunu və adını Mücella olaraq dəyişdirdiyini açıqlamışdı.