Bu da Aşıq Əlinin övladları - VİDEO

Maqazin
10:54 / 17.06.2025
2389
Aşıq Əli Tapdıqoğlunun övladlarının görüntüləri ilk dəfə "Qonaqcanlı" verilişində nümayiş olunub.
Sfera.az xəbər verir ki, veriliş zamanı aparıcı Aytəkin Mərdanova sənətçinin qızı Həqiqətin rəqslə, oğlu Yusifin isə cüdo ilə məşğul olduğunu bildirib.
Əli Tapdıqoğlu övladlarının görüntülərini izləyərkən "Çox valideyn deyir ki, istəməzdim övladım mənim sənətimi davam etdirsin. Qoy, özü üçün ayrı peşə seçsin. Amma mən dəfələrlə şahidi olmuşam ki, nə deyibsə, əksi olub" sözlərini deyib.
Qeyd edək ki, musiqiçi gənclik illərində güləşlə də məşğul olub. (axşam.az)
Bizim.Media