“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO


“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO

Müğənni Ofeliya Şabanova ailə həyatına dair açıqlaması ilə gündəmə gəlib.

 

Sfera.az xəbər verir ki, o, sosial şəbəkələrdə yayılan çıxışında həyat yoldaşının ona heç vaxt xəyanət etmədiyini bildirib və bunu "yaxşı arvad" olması ilə əlaqələndirib.

 

"Bu mənim səhvim idisə, mən bu səhvimi düzəltməli idim. Çünki mənim yoldaşım məni çox sevir, o, mənim müqəddəsimdir. Yaxşı arvadın əri gəzməz! Mən yaxşı arvad olmuşam, ona görə də yoldaşım mənə heç vaxt xəyanət etməyib. Heç vaxt da etməz", - deyə müğənni vurğulayıb.

 

Ofeliya Şabanova bəzi qadınlara da səslənib: "Xanımların bəzilərinə deyirəm, yaxşı arvad olun ki, əriniz gəzməsin. Bu mənim imzamdır. Paxıllar bilirsiniz niyə yas tuturlar? "Ofeliyanın ailəsi niyə dağılmadı? Nə oldu bəs Ofeliya deyirdi, yaxşı arvadın əri gəzməz?" deyə. Bəli, yaxşı arvadam, ona görə də kişi mənə xəyanət etmədi!".

 

Şabanovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Xatırladaq ki, iki gün əvvəl sənətçinin başına xoşagəlməz hadisə gəlib. "Rəngarəng" verilişinə qonaq olan zaman studiyaya onun həyat yoldaşı Ceyhunun başqa bir qadınla səmimi görüntüləri göndərilib.

 

Aparıcı Zaur Nəbioğlu həmin görüntüləri Ofeliyaya təqdim edib. Kadrlara baxan sənətçi göz yaşlarını saxlaya bilməyərək efiri tərk edib. Verilişin kulisində isə onun sakitləşməsi üçün yardım göstərilib. (Yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

Netanyahu: İrana hücum əmrini daha əvvəl vermişdim, lakin əməliyyat

“Nəsrullahın öldürülməsindən sonra mən İrana hücuma hazırlıqla bağlı göstəriş vermişdim. Lakin aprel ayına nəzərdə tutulan əməliyyat bəzi səbəblərdən təxi...

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

Son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onla...

İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani öldürülüb

İranın xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin zərbələri nəticəsində ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &quo...

Əlikram Bayramovun axtarılan qardaşı oğlu tapıldı

Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, ...

İranda bütün uçuşlar dayandırıldı

İranda bütün daxili və beynəlxalq uçuşlar dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.  ...

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlum...