Şener Şen karyerasını başa vurdu

Maqazin
21:13 / 11.06.2025
5626
Türkiyəli məşhur aktyor Şener Şen 61 illik karyerasını başa vurub.
Sfera.az xəbər verir ki, bu barədə sonuncu dəfə ötən gecə “Zengin mutfağı” tamaşası üçün səhnəyə çıxan 83 yaşlı aktyor özü deyib.
O, yeni layihələrlə bağlı suala "Artıq bitdi" cavabını verib.
Qeyd edək ki, Şener Şen "Süt kardeşler", "Şaban oğlu Şaban", "Hababam sınıfı", "Tosun Paşa", "Kibar Feyzo", "Çöpçüler kralı", "Sultan", "Davaro", "Züğürt ağa", "Gönül yarası", "Kabadayı", "Av mevsimi", "Yol ayrımı" kimi məşhur filmlərdə rol alıb.