Niyaməddin Musayevin ifası qızını ağlatdı - VİDEO

Maqazin
10:23 / 11.06.2025
3273
Xalq artisti Niyaməddin Musayev 85 illik yubileyini "Təsir dairəsi" verilişində qeyd edib.
Sfera.az xəbər verir ki, proqram zamanı müğənninin Kanadada yaşayan qızı canlı efirə qoşulub.
Atası onun üçün məşhur "Röya" mahnısını oxuyub. Həmin an Röya göz yaşlarını saxlaya bilməyib.
N.Musayev bildirib ki, qızının da ad günüdür.
Qeyd edək ki, Kanadaya köçən Röya ailəlidir və iki övladı var. (axşam.az)