Vəfa Şərifova: “Qızım soruşdu ki, atamın yanındakı qadın kimdir?” - VİDEO

Müğənni Vəfa Şərifova övladlarının atası Famil və onun birinci xanımı haqda açıqlama verib.
Sfera.az xəbər verir ki, bu barədə Vəfa “Tarixin bir günü” verilişində danışıb.
Vəfa deyib ki, aylar əvvəl Famil və xanımının övladlarının toyunda yayılan videosunu qızı Məryəm görüb:
“İllərdir bu məsələyə görə qınanılıram, amma açıqlama vermirdim. Ta ki, qızımın “atamın yanındakı qadın kimdir” sualına qədər. Suala qədər efirdə bu məsələ haqqında danışmadım. Daş-qalaq olsam da, dözürdüm, keçirdim. Amma övladım üçün açıqlamağa məcbur qaldım. Çünki başqa bir qadını da incitmək istəmirdim. Bunların gündəmə gəlməyinə səbəbkar mən deyiləm. Sadəcə məndən tələb olunub ki, efirə çıxanda ailəli olduğunu de. Bunu övladımın atası məndən tələb edib.
Heç vaxt onun bir sözünü iki etməmişəm. İstəyib, sadəcə o sözü demişəm. Sadəcə arxadan başladılar eşməyə, birinci adını verdilər, sonra videosunu yaydılar. Övladının toyunu paylaşdılar. Efirdə, bu səhnədə olmayan xanımın görüntülərini yaydılar. Biri yaxşı yazdı, biri pis yazdı, onun da övladları var, ona da pis təsir etdi.
İnsanlar o qədər bu şeylərdən zərbə aldı. Övladım bir neçə ay bu sualı verdi, günlərlə özümə gələ bilmədim, cavab verə bilmədim. Ondan sonra telefonu əlindən aldım, aylardır ki, telefonu yoxdur. Allah heç bir ananı, heç bir xanımı o vəziyyətə salmasın. Onsuz da qızım böyüyəcək, hər şeyi başa düşəcək. Ona bu gün açıqlama verə bilmirəm. Elə bir yaş dövrüdür ki, heç nə anlamır, başa sala bilmirsən. Zaman gələcək anasının səhvini də, düzünü də biləcək, qəbul edəcək.
Ətrafım, yaxınlarım bilirlər ki, bu münasibətdə heç bir səhvim yoxdu. Bunu övladlarım da biləcək.
Peşmanam ki, heç vaxt altdan almadım, üstümə gəldikcə, üstlərinə getdim. Zamanında geri çəkilsəm, yalandan kiminsə üzünə gülsəm, belə düşmənlik etməzdilər, bu qədər vurmazdılar. Çünki bunları yayan bir insan deyildi, bir neçə insan var idi, sona qədər gedirdim, görürdüm, altından başqa müğənnilər çıxır. O qədər çoxdular. Kaş zamanında övladlarımın xətrinə geri çəkilərdim”. Bizim.Media