"And olsun Allaha, ən bahalı maşını o, sürür"


"And olsun Allaha, ən bahalı maşını o, sürür"

"Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını, bağı var. Biri elə özüm. Mən həftənin yeddi günü işləyirəm. 20 ildir gecəm-gündüm yoxdur. Başımda tük qalmayıb. Mənim niyə bahalı maşınım olmasın?"

 

Sfera.az xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib. Elgiz paxıllığını çəkən həmkarlarından gileylənib:

 

"İnsan işləyir ki, evi, maşını olsun. Sözü mənə atır. Dünən çıxan aparıcıların maşını var. Bizim niyə olmasın? Evdə əyləşmişik, işləmirik? Səhər saat 9-da evdən çıxıram, ən tez axşam 10-da qayıdıram. Paxıllığından partlayır. And olsun Allaha, ən bahalı maşını o, sürür, ən gözəl yerdə yaşayıb, ən bahalı ayaqqabılar, kostyumları o, geyinib. Elədiyi bir şey də yoxdur. Biz də zamanı gələndə evdə oturub gənclərə baxacağıq.

 

Mən indi utanmadan, qızarmadan yeni gələn aparıcılara dəstək olub onlara motivasiya verməkdən, onu özüm kimi yetişdirməkdənsə, belə danışım? İşləmək lazımdır. Günümüz yoxdur. Pis mənada demirəm, minnət qoymuram. Bu, mənim həyatımdır. Həmkarlarım da əziyyət çəkirlər. Kim əziyyət çəkirsə, Allah min bərəkətini versin. Tənbəllər də gedib işləsinlər.

 

Nə qədər məsuliyyət daşıyırıq. Bu qədər xəstə müraciət edir, onları həkimlərə yönləndiririk. Onlarla maraqlanırıq. Sabah nəsə olsa, aparıcının adı gedir". (axsam.az)


OXŞAR XƏBƏRLƏR

Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏR

Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.     ...

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.   Bu barədə Sfera.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.   Bild...

"Azercell" rəhbərliyi öz cibinə görə qiymət qaldırır" - ETİRAZ

Sosial şəbəkələrdə "Azercell" istifadəçiləri arasında dəyişən qaydalarla bağlı suallar və narahatlıqlar müşahidə olunur.    Sfera.az b...

Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin ha...

Attestatları əla, imtahan nəticələri zəif - STATİSTİKA

Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmt...

Narkotik qəbul edib avtobus sürürümüş - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərniş...