Hande Erçel və Hakan Sabancının 5 günlük qatar səyahəti 6 milyona başa gəldi


Hande Erçel və Hakan Sabancının 5 günlük qatar səyahəti 6 milyona başa gəldi

Məşhur aktrisa Hande Erçel və iş adamı Hakan Sabancı təxminən üç ildir davam edən münasibətlərini lüks səyahətlərlə möhkəmləndirməyə davam edir. Cütlük bu dəfə Paris–Roma xətti üzrə hərəkət edən əfsanəvi Orient Express qatarında beş günlük dəbdəbəli səfərə çıxıb. Onların bu tətili, həm romantikliyi, həm də yüksək qiyməti ilə diqqət çəkib.

 

Bir gecəlik qalma – 6,6 milyon lirə

 

Cütlük səfər zamanı qatarın ən bahalı kupelərindən biri sayılan Les Lacs Grand Suitedə qalmağı seçib. Geniş oturma sahələri, özəl vanna otağı və zərif interyeri ilə seçilən bu suitdə bir gecəlik qalmaq bir nəfər üçün 63 min funt sterlinqə başa gəlir. Bu da təxminən 3 milyon 320 min türk lirəsinə bərabərdir. İki nəfərlik bir gecəlik qalma qiyməti isə 6 milyon 640 min TL-dən çox olub.

 

Beş günlük səfəri nəzərə aldıqda, cütlüyün yalnız suit üçün ödədiyi ümumi məbləğ 630 min funt sterlinq, yəni təxminən 6 milyon manat təşkil edir.

 

 

Qiymətə daxil olan xidmətlər

 

Bu ultra dəbdəbəli paketə yalnız lüks suitdə gecələmə deyil, həm də Orient Express qatarında 3 gecə, Buxarest və Budapeştdə isə hərəsində bir gecə qalmaq, pansionat xidməti, ekskursiyalar, ümumi transferlər və limitsiz şampan da daxildir.

 

Zamana səyahət təsiri

 

Hande Erçel və Hakan Sabancı bu səyahətə dair fotolarını sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb. Paylaşılan görüntülərdə cütlüyün maksimum komfort və zəriflik yaşadığı açıq-aşkar görünür. Les Lacs Grand Suitein möhtəşəmliyi və qatarın tarixi ab-havası bu səfəri sadəcə tətil deyil, adeta bir "zamana səyahət"ə çevirib.

 

 


OXŞAR XƏBƏRLƏR

Bu müəllimlərə ŞAD XƏBƏR - Maaşlarında artımlar olacaq

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sertifikasiya imtahanları keçiriləcək. Həmçinin, ötən il imtahandan uğurla keçə bilməyən m...

"Azərbaycan qastronomiya destinasiyası kimi beynəlxalq aləmdə tanıdılır" - DTA rəsmisi

"Azərbaycanda qastronomiya sahəsində görülən çoxşaxəli işlər təkcə milli mətbəxin təbliği ilə yekunlaşmır, eyni zamanda peşəkar kadr hazırlığı, korporativ ...

"Azərbaycan aşpazları dünyada uğurlu çıxış edir" - Azadə Hüseynova

"Qastronomiya turizmi üzrə ixtisaslaşmış əsas qurumlardan biri olaraq, biz milli kulinariya irsimizin tanıdılması və inkişafı istiqamətində ardıcıl işlər h...

Bakıda dünya və Avropa rekordu

Bakıda minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.    Sfera.az&nbs...

"Prius"ların iştirakı ilə qəribə QƏZA

"Toyota Prius" markalı avtomobillərin iştirakı ilə qəribə qəza hadisəsi yaşanıb.   Sfera.az xəbər verir ki, Tbilisi şəhərinin Politkov...

ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyatkitabı təqdim edildi

ABB uşaqların erkən yaşlardan iqtisadiyyat sahəsində bilik və bacarıqlara yiyələnməsi məqsədilə daha bir layihəni uğurla həyata keçirib. Bank polyak yazıçı Qjeq...