Deniz Akkayaya bu qədər həbs cəzası verildi

Keçmiş türkiyəli model-aparıcı Deniz Akkayanın sosial şəbəkədə hakimi təhqir etdiyi və təhdid etdiyi iddiası ilə mühakimə olunduğu məhkəmə prosesi yekunlaşıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəsi ilə bağlı problemlərə görə uzun müddətdir çətin günlər keçirən Akkaya sosial şəbəkədə qızı ilə bağlı qəyyumluq işinə baxan məhkəmənin hakimini hədələyib təhqir etdiyi iddiası ilə 5 il 11 aya qədər həbs cəzası alıb.
Keçirilən məhkəmə prosesində müttəhim Akkaya iştirak etməyib. Vəkili D. Akkayaya bəraət hökmü çıxarılmasını istəyib.
Bundan sonra məhkəmə Deniz Akkayanın hakimə qarşı “hədə” və “təhqir” cinayətlərinə görə 2 il 4 ay 15 gün müddətə azadlıqdan məhrum edilməsinə qərar verib.
Həmçinin Akkayanın mühakimə olunduğu əvvəlki işlərdə hökmün elanının təxirə salınması ilə bağlı qərarlara yenidən baxılması razılaşdırılıb. Onunla bağlı səyahət qadağası tədbirinin ləğvinə də qərar verilib.
Qeyd edək ki, Deniz Akkaya ötən ilin may ayında mübahisə etdiyi qızının onu eyvanda kilidlədiyini əsas gətirərək evinə polis çağırmışdı. Qızından şikayətçi olan Akkaya daha sonra onu cəzalandırmaq üçün dövlət himayəsinə verib. Bununla bağlı hər şeyi “X” hesabında paylaşan keçmiş model qızının otağında ikinci mobil telefon tapdığını da demişdi.
Ardıcıl paylaşımlar edən Akkaya qızı ilə vaxt keçirmədiyini, ehtiyaclarını ödəmədiyini iddia edərək keçmiş həyat yoldaşını da hədəfə alıb. Son zamanlar da paylaşımlarına davam edən Deniz Akkaya qızı ilə mesajlarını da paylaşıb. Mesajda Akkayanın qızını idmana getməyə məcbur edərək onu söydüyü məlum olub.