Bu toylarda Zabit Nəbizadənin yanında gizlənirəm…

Maqazin
17:45 / 28.05.2025
3452
Bakı toylarına qorxa-qorxa gedirəm. Zabit Nəbizadənin yanında gizlənirəm ki, oxuyub qurtarsın, mən də mahnımı oxuyum, camaat oynasın. Bunu etiraf edirəm. Qəzəli səhv oxudunsa, saxladırlar. Bakı kəndlərində musiqini elə bilirlər, heç Qarabağda belə bilmirlər.
Sfera.az Pravda.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Gün ortası” verilişində deyib.
“Oğul istəyirəm ki, Bakı toylarına getsin. Bu gün Bakı kəndlərindən mənə toy təklifləri gəlir. Gələn kimi deyirəm ki, mənlik deyil”, - o bildirib.