Aygün Kazımova və Lamin Yamal… – Dünya bundan danışır

Aygün Kazımova və Lamin Yamal… – Dünya bundan danışır

Ölkəmizdə minifutbol üzrə dünya çempionatı keçirilir.

 

Şübhəsiz, mühüm idman hadisədir: dünyanın bir neçə ölkəsinin diqqəti paytaxtımızdadır və bir-birindən maraqlı oyunlar baş tutur.

 

Amma nə təəssüf ki, yerli ictimaiyyətdə bu turnir yalnız Aygün Kazımovanın çıxışı səviyyəsində maraq doğurub.

 

Hətta daha irəli gedib bu minifutbol turnirinə Aygünün minigeyimi prizmasından yanaşanlar da var – bunlar başqa söhbətin mövzusu.

 

Məni bir şey narahat edir, doğrusu.

 

Bizdə hər şey futbolun önünə keçir – birmənalı!

 

Ən uğurlu futbol hadisəmiz “Qarabağ” klubudur, o da beynimizdə Qarabağa həssaslığımızla qalıb. “Qarabağ” klubu nə qədər uğur qazansa da, keçmiş Qarabağ münaqişəsinin önünə keçə bilmədi.

 

Təəssüf! Amma olacaq.

 

İndi isə özü mini, mahiyyəti div olan dünya çempionatının önünə səhnəmizin divası keçib.

 

Məsələ Aygün Kazımova deyil. Qəti.

 

Lakin var məsələnin lakini, amması, fəqəti.

 

Mayın 31-də dünyanın futbol üzrə ən mötəbər klub turniri olan Çempionlar Liqasının (ÇL) finalı keçiriləcək. Fransanın PSJ və İtaliyanın “İnter” klubları üz-üzə gələcək.

 

Qonşu ölkələrin hər biri bu final qarşılaşmasında təmsil olunacaq.

 

“İnter”: Türk futbolçu Hakan Çalxanoğlu, erməni futbolçu Henrix Mxitaryan, iranlı hücumçu Mehdi Taremi.

 

PSJ: Gürcü futbolçu Xviça Kvaratsxeliya, rus qolkiper Matvey Safonov.

 

Sərhəd olduğumuz hər 5 ölkədən futbolçu var bu turnirin finalında.

 

Bircə şərq sərhədimiz Xəzər dənizindən təmsilçi yoxdur, ordan da yəqin balıqlar ÇL-in nahar menyusuna qatılar.

 

İndi məşhur sual yenidən gündəmə gəlir: Bəs o əjdahadan bizdə niyə yoxdur?

 

Niyə azərbaycanlı futbolçular Avropanın əsas klub turnirində iştirak etmir, amma iqtisadiyyatı bizdən qat-qat zəif olan ölkələrin futbolçuları burada tarix yazır.

 

Hələ bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Avropanın futbol giqantları olan ölkələr başqa leveldədir. İspaniyadan Lamin Yamal adlı 17 yaşlı bir uşaq çıxıb. İndidən “Qızıl top”a namizəd göstərilir. Dünya futbol ictimaiyyəti Lamin Yamaldan danışır, Azərbaycan futbol ictimaiyyəti Aygün Kazımovadan.

 

Çünki AFFA Azərbaycan ictimaiyyətinə başqa yol qoymayıb. Xəritədə tapa bilməyəcəyimiz ölkələr, topla yenicə tanış olan qəbilələr gəlib Bakıda milli komandamızı udub gedirlər.

 

Yekunda danışmağa bir mövzu qalır: Aygün Kazımova.

 

Futbol bir ölkəni dünya miqyasında reklam etməyin ən effektiv yoludur. Dünyada təxminən 4 milyard futbol azarkeşi var. Bu, planetin əhalisinin yarısı deməkdir.

 

Bir neçə gündən sonra dünya əhalisinin yarısı Henrik Mxitaryan və Xviça Kvaratsxeliyaya baxacaq. Dünya əhalisinin yarısı Ermənistan və Gürcüstan adlı ölkələrlə tanış olacaq.

 

Amma xəbərləri olmayacaq ki, Qafqazın lider ölkəsi Azərbaycanda Aygün Kazımova adlı müğənni var. Globalinfo.az

 


OXŞAR XƏBƏRLƏR

Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fə...

Onlar 1000 manata qədər cərimə oluna bilər

Prezident İlham Əliyev “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqın...

Azərbaycan - Belarus oyununun vaxtı və yeri AÇIQLANDI

Azərbaycan U-21 millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu barəd...

“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

Prezident İlham Əliyev "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.   Sfera.az ...

Azərbaycanda bu alkoqollu içkilərin reklamı QADAĞAN OLUNDU

Azərbaycanda rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü beş faizdən yuxarı olan alkoqollu içkilərin rekla...

Aysunun keçmiş əri bu xanımla evlənir: Özündən 16 yaş kiçikdir - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev üçüncü dəfə evlənir.   Sfera.az Publika.az-a istinadən xəbər verir ki, onu...