Röya Ayxan Kann Film Festivalına dəvət alıb - FOTO

Maqazin
10:38 / 21.05.2025
2161
Xalq artisti Röya Ayxan Kann Film Festivalına dəvət alıb.
Sfera.az xəbər verir ki, sənətçi bu sevindirici xəbəri öz sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, paylaşımında festivalda iştirak edəcəyini vurğulayıb və bu dəvətin onun üçün böyük bir qürur mənbəyi olduğunu qeyd edib.
Röyanın Kann Film Festivalı kimi nüfuzlu bir tədbirə dəvət alması həm sənətçi karyerası, həm də Azərbaycan incəsənəti üçün mühüm bir uğur hesab olunur.
Festival dünyanın ən məşhur kino hadisələrindən biridir və burada iştirak etmək beynəlxalq səviyyədə tanınmanın göstəricisi sayılır.
Bəsti Rəfizadə
Sfera.az