"İçerde" geri qayıdır?

Maqazin
13:40 / 17.05.2025
11601
Baş rollarında Çağatay Ulusoy və Demet Özdemirin yer aldığı “Eşref Rüya” serialı yeni mövsümə səs-küylü transferlə başlaya bilər.
Sfera.az xəbər verir ki, tanınmış aktyor Aras Bulut İynemlinin seriala qoşulacağı bildirilir. İddialara əsasən, o, “Eşref Rüya”ya yetimlərin xaricdəki lideri obrazı ilə daxil olacaq.
Arasın hazırda baş rolunu canlandırdığı “Deha” serialının final etməsi onun sözügedən seriala keçidi ilə bağlı söz-söhbətləri daha da gücləndirib.