Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Maqazin
14:39 / 09.05.2025
3352
Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını deyən 69 yaşlı N.Öncəl müayinəsində angioqrafiya mərhələsinə keçildiyini bildirib.
Müğənni sabahkı konsertin təxirə salındığını da qeyd edib:
"Sabah axşam üçün planlaşdırılan konsertə görə sizə üzrxahlıq borcum var. Biletləriniz keçərlidir. Lütfən bağışlayın".