"Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"

"Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"

Meyxanaçı Vüqar Əbdülov həmkarı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsert vermək istəyindən danışıb.

 

Sfera.az xəbər verir ki, ifaçı bu haqda "Pərvizə görə"də danışıb. O bildirib ki, bu məkanda konsert üçün peşəkarlıq lazımdır:

 

"Söhbət Heydər Əliyev Sarayında gedirsə, orada rəhbər İlham Qasımovdur. Onu da çox sevirəm, böyük adamdır. Səhv etmirəmsə, Orxan Lökbatanlı müraciət edib, icazə verməyiblər. Çünki İlham Qasımov bilir ki, o səhnədə hazırlıqsız, məşqsiz, kal, bişməmiş nəyisə təqdim etmək olmaz. Orada konsert vermək üçün 3 ay hazırlaşdım. Ansamblla məşqlər etdik, ssenarini göndərdik. Onda da rəhbəri Polad Bülbüloğlu idi, Allah can sağlığı versin. O, məktubu götürdü, sonra məni çağırdı ki, gəl, necə olacaq? Mən də izah etdim. Məqsəd meyxananı səhnədə tamaşa formasında göstərmək idi. Rəqsləri də birinci dəfə orada təqdim etmişdik. Ədalət Şükürov, Röya Ayxanla duetlərimiz var idi. Bunların hamısını məşqlərlə göstərəndən sonra icazə verdilər ki, edin. İki il ard-arda etdik. Birinci il möhkəm yoxladılar, ikinci il yox.

Ora şadlıq sarayı deyil ki, istədiyin konserti verəsən. Böyük saraydır, strateji və dövlət əhəmiyyətli yerdir. Çox düzgün ediblər, icazə verməyiblər. Fikrimcə, gedib müraciət etsəm, əlimdəki ssenari ilə peşəkar şəkildə təqdim etsəm, başqa səbəb yoxdursa, etiraz etməzlər. Orxan da belə yanaşmalı idi, 2-8 nəfər ansamblla oxumaqla sarayda konsert edə bilməzsən. Bu, restoranda, ya da başqa böyük məkanlarda olar, amma sarayda yox. Yaxşı ki, buraxmayıblar. Orxan ora getsə, o biri deyəcək ki, Orxandan nəyim əskikdir, mən də gedim... Yəqin ki, peşəkar olmayan müğənnilər də müraciət ediblər”.

 


OXŞAR XƏBƏRLƏR

Vyetnam liderinin Azərbaycana səfəri başa çatdı – FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. ...

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...

27 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan bir...

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.   ...

ABŞ-nin Rusiya ilə bağlı siyasəti dəyişir: "Moskva daha çətin vəziyyətə düşəcək”

Ukrayna silahlı qüvvələri son bir neçə gündür ki, cəbhədə atəşkəs rejiminə əməl edir. Bunun hansı səbəbdən olduğu açıqlanmasa da hərbi mənbələr atəşkəs göstəriş...

"Umico" kredit xətti ilə alış-verişə 50% komissiya endirimi

11 may 2025-ci il tarixinədək "Umico" kredit xətti istifadəçiləri üçün xüsusi kampaniya təqdim olunur.   Kampaniya çərçivəsində kreditlə 24...