"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"


"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"

Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.

 

Sfera.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi həmin an ailəsi ilə Türkiyədəki evində olduğunu bildirib:

 

"Təbii fəlakətlər heç kimin qarşısına keçə bilməyəcəyi bir andır. Allahla baş-başa qaldığınız bir məqamdır, dua etməkdən başqa çarə yoxdur. Yaxşı ki, 13 saniyə davam etdi. Zəlzələ zamanı evdə idik. Və çox qəribədir ki, həmin anda mən donub qalıram. İnsanlar nəsə tədbir görürlər, qaçırlar. Amma mən donuram və ağappaq ağarıram. Əslində həyət evində yaşadığım üçün təhlükəsizlikdəyəm, amma o zəlzələni necə də hiss etdik. Bir dəqiqə davam etsəydi, pis hadisələrə səbəb ola bilərdi. Zəlzələ anında uşaqları çağırdım, həyat yoldaşım Ceyhun heç yadıma da düşmədi. Niyə yalan deyim ki? Deyəsən, evdə yatırdı".

 

Qeyd edək ki, İradə İbrahimova Ceyhun İzər adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün İpək və Əli adlı iki övladı var.


OXŞAR XƏBƏRLƏR

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...

Ukraynada oğurlanan azərbaycanlı iş adamı ilə bağlı YENİ XƏBƏR

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.   Sfera.az "...

Uoltsun vəzifəsini o yerinə yetirəcək

ABŞ dövlət katibi Marko Rubio prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin rəhb...

Bu türk dövlətinin adı dəyişdirilə bilər

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər.   Sfera.az xəbər verir ki, bunu ŞKTC Prezidenti Ərsin Tatar jurnalist Hilmi Daşdəmirə müsahib...

Zelenski minerallara dair sazişin detallarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşün 100% mənalı və məhsuldar keçdiyini bildirib.   Sfera.az RBC-Ukraynaya ...